“İnter Mayami”nin hücumçusu və komandanın kapitanı Lionel Messi şəxsi antirekordunu təkrarlayıb.
39 yaşlı argentinalı futbolçu MLS-in müntəzəm çempionatında “Neşvill”ə qarşı keçirilən görüşdə penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu itirilmiş 11 metrlik zərbə Messinin ardıcıl üçüncü qaçırdığı penaltidir. Belə bir ardıcıllığa o, ən son 2014-cü ildə imza atmışdı.
MLS çərçivəsində Messi öncəki dəfə penaltidən nəticəsiz qaldığı anı 2025-ci ilin sentyabrında yaşamışdı.
Hadisə argentinalı oyunçunun karyerasında qeydə alınmış nadir uğursuzluqlardan biri kimi diqqət çəkir.