Misir millisinin baş məşqçisi Hossam Hasanın keçmiş həyat yoldaşı Hüveyda ilə hazırkı həyat yoldaşı Dina Mostafa hotellərin birində qarşılaşıb və aralarında dava yaranıb.
Hadisə zamanı Hossam Hasan Dina ilə birlikdə oteldə olduğu vaxt keçmiş həyat yoldaşı Hüveyda ora gəlib. Xanımların mübahisəsini ayırmağa çalışan baş məşqçi birdən huşunu itirib.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfləri ayırıb və vəziyyəti nəzarətə götürüblər.
Qeyd olunur ki, Hossam Hasan bu ilin yayında keçirilən dünya çempionatındakı çıxışları ilə diqqət çəkmişdi; onun rəhbərlik etdiyi komanda turnirin 1/8 finalında Argentina ilə oyunda 2:3 hesabı ilə məğlub olmuşdu. O, həmin məğlubiyyətdən sonra FİFA-nı cənubi amerikalı futbolçulara kömək etməkdə ittiham etmişdi.