Nazirlər Kabineti Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi qaydalarını təsdiqləyib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Sənəd həmin hərbi hissələrdə çalışan mülki işçilərin əməyinin ödənilməsi sistemini, növlərini və məbləğlərini müəyyən edir.
Qərarda göstərilən məsələlərin icrasına və meydana çıxan məsələlərin həllinə Müdafiə Nazirliyi cavibdeh tutulub.
Yeni qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.