Paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "Al Capone’s Baku" pub-restoranının yerləşdiyi kommersiya sahəsi satış məqsədilə elan edilib.

Obyekt "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşir və satış qiyməti 1 milyon 100 min manat olaraq göstərilib.

Ümumi sahəsi 380 kvadratmetr olan məkan binanın birinci mərtəbəsindədir, tam təmirli və əşyalı vəziyyətdə təqdim olunur. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən çıxarış (kupça) mövcuddur.

Satış elanında həmçinin göstərilir ki, obyekt piyada və nəqliyyat axınının intensiv olduğu yerdə yerləşir. Yaxınlıqda bank filialları, iaşə müəssisələri və ticarət mərkəzlərinin olması, eləcə də metro stansiyasına yaxınlıq məkanı kommersiya baxımından cəlbedici edir.