Müğənni Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə davam etdirir.
Hazırda Luton Town klubunda çıxış edən gənc futbolçu son qarşılaşmalardan birində baxımlı qol vurub.
Jasminin həmin epizodu Azərbaycan seqmentində sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə olunub.
Qeyd etmək lazımdır ki, o, daha əvvəl İngiltərənin Tottenham klubunun formasını da geyinib.