Müğənni Nigar Camalın qızı Jasmin Keyn futbol karyerasını İngiltərədə davam etdirir.

Hazırda "Luton Town"un formasını geyinən Jasmin son oyunlardan birində baxımlı qolla yadda qalıb. Epizodun görüntüləri sosial şəbəkələrdə geniş paylaşılıb və istifadəçilərin diqqətini çəkib.

Jasmin uzun müddətdir peşəkar futbolçu kimi fəaliyyət göstərir. O, karyerasının əvvəlində "Tottenham"un komandasında da çıxış edib.

Futbolçu daha əvvəl verdiyi açıqlamalarda gələcək hədəfi kimi İngiltərənin köklü klublarından biri olan "Çelsi"də oynamaq arzusunu dilə gətirmişdi.

Həmin qolun görüntüləri yayımlanıb və futbol ictimaiyyətində müzakirə mövzusu olub.