Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyində kadr dəyişməsi baş verib.

Agentlikdə aparılan təyinat nəticəsində Nihad Bağırov Enerjinin tənzimlənməsi və monitorinqi departamentində direktor müavini — sektor rəhbəri vəzifəsinə təyin edilib.

Məlumata görə, Bağırov bu təyinata qədər Agentlikdə müxtəlif vəzifələrdə çalışıb və ümumilikdə burada 8 ildən artıq təcrübəyə malikdir.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2017-ci il dekabrın 22-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Agentlik Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin bazasında publik hüquqi şəxs statusu ilə formalaşdırılıb.