2022-ci ildən etibarən Azərbaycanda parabadmintonun inkişafı sürətlənib və qısa müddət ərzində bu idman növü paralimpiya səviyyəsində perspektivli sahələrdən birinə çevrilib.
Parabadminton əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xidmət edir, sağlam həyat tərzinin təbliğinə kömək edir və idmançılarımızın ölkəni beynəlxalq arenada layiqincə təmsil etməsinə şərait yaradır.
Qısa müddət ərzində yerli parabadmintonçular Avropa çempionatları və müxtəlif beynəlxalq turnirlərdə müvəffəqiyyətli çıxışlar göstərərək medallar qazanıblar və bu sahənin gələcək potensialını ortaya qoyublar.
Oxuculara paralimpiya badmintonçularının fotoreportajı təqdim olunur, fotolar idmançıların məşqlərini və yarışlardakı anlarını əks etdirir.