İlin ilk yeddi ayında pensiya ödənişlərinə ümumilikdə 4 milyard 568 milyon manat xərclənib.
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat artım göstərib.
2026-cı il avqustun 1-nə olan vəziyyətə əsasən, pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata yüksəlib.
Yaşa görə orta aylıq pensiyanın səviyyəsi isə 633 manat təşkil edib.