Fransanın "Monako" klubu Pol Poqba ilə əməkdaşlığa rəsmi olaraq son qoyduğunu açıqlayıb.

Tərəflər arasında mövcud müqavilənin 2027-ci ilin iyununa qədər qüvvədə olacağı nəzərdə tutulsa da, əməkdaşlığın qarşılıqlı razılıq əsasında dayandırıldığı bildirilib.

Klub rəhbərliyi Poqbaya Monakodakı fəaliyyəti zamanı göstərdiyi peşəkarlığa və etimada görə minnətdarlığını ifadə edib. Məlumatda futbolçunun performansına dair müsbət qiymət də yer alıb.

Qeyd edək ki, Poqba 2018-ci ildə Fransa milli komandası ilə dünya çempionluğu yaşamışdır. O, 2025-ci ilin yayından etibarən "Monako"nun şərəfini qoruyurdu.

Son mövsüm ərzində Poqba yalnız 6 oyunda meydana çıxıb və həmin görüşlərdə həm qol, həm də məhsuldar ötürmə ilə fərqlənməyib.