Misli Premyer Liqasının I turunda qapadakı son matçda Qarabağ Şamaxının qonağı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanan qarşılaşma 3:1 hesabı ilə Ağdam klubunun xeyrinə yekunlaşıb. Qarşılaşmanın gedişində Renaldo Sefas 29-cu dəqiqədə hesabı açıb.
44-cü dəqiqədə qonaqların futbolçusu Edqar Adilxanov hesabı bərabərləşdirib. İkinci hissədə, 59-cu dəqiqədə Şamaxının oyunçusunun müdaxiləsi nəticəsində komandasının qapısına qol daxil olub və qol avtoqol kimi qeydə alınıb.
85-ci dəqiqədə Qarabağın legioneri Aleksey Kaşuk komandası üçün növbəti qolun müəllifi olub və görüş bu nəticə ilə başa çatıb.
Turun digər görüşlərində Turan Tovuz Qəbələni 1:0, Sabah Kəpəzi 2:0, Neftçi Sumqayıtı 3:1 hesabı ilə məğlub edib. Araz-Naxçıvan ilə İmişli arasında keçirilən qarşılaşmada hesab açılmayıb.