Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi qulluqçusuna ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Babək Mürsəl oğlu Ələkbərov, Aqşin Ramiz oğlu Məhərrəmov və Faiq Həmzəağa oğlu Məmmədov "general-leytenant" ali hərbi rütbəsinə təyin ediliblər.

Həmçinin polkovnik Elfan Şakir oğlu Quliyev "general-mayor" ali hərbi rütbəsinə yüksəldilib.