Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Zəngəzur dəhlizi layihəsinə dair çıxış edib.
Dövlət başçısı layihənin həyata keçirilməsi istiqamətində işlərin sürətlə davam etdiyini bildirib və Azərbaycanın əsas hissəsində görülən işlərin gələn il yekunlaşacağını vurğulayıb.
Prezident İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikasında da Zəngəzur dəhlizi ilə bağlı müvafiq işlərin başladığını diqqətə çatdırıb.