“Qalatasaray” rəhbərliyi Mançester Yunayted-in əsas futbolçularından olan Bruno Fernandes-i heyətinə qatmaq məqsədilə hərəkətə keçib.
Klubun qarşı tərəfə ilk təklifi 31 yaşlı yarımmüdafiəçinin transferi üçün 35 milyon avro əsas məbləğ və əlavə 15 milyon avro bonus ödəməkdən ibarətdir.
Danışıqlar baş tutacağı halda İstanbul təmsilçisinin futbolçuya dörd illik müqavilə təqdim edəcəyi və müqavilə ilə bağlı 4 milyon avro məbləğində bonus təklif ediləcəyi gözlənilir.
Qeyd olunur ki, futbolçunun əvvəlki müqaviləsində nəzərdə tutulmuş 65 milyon avroluq sərbəst qalma bəndi artıq qüvvədən düşüb.