“Qarabağ” futbol klubu komandadan ayrılan futbolçu Abdullah Zubirlə bağlı sosial şəbəkələrində video paylaşımı yayımlayıb.

Paylaşımda Zubirin “Qarabağ”da keçirdiyi illər, meydandakı mübarizəsi, kapitanlıq rolu, vurduğu qollar və komandaya verdiyi töhfələrə görə minnətdarlıq ifadə olunub.

Klub videoda Abdullah Zubirə bütün bunlar üçün təşəkkürünü bildirib.

Qeyd olunub ki, Abdullah Zubir 2018-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyub.