“Qarabağ” PFK və fransalı yarımmüdafiəçi Abdullah Zubir arasında anlaşma nəticəsində əmək müqaviləsinə xitam verilib.
Klub tərəflərin razılığı, oyunçunun istəyi və komanda qarşısında göstərdiyi uzunmüddətli xidmət nəzərə alınaraq müqavilənin dayandırıldığını bildirir.
Abdullah Zubir 2018-ci ilin yayında “Qarabağ”a keçib. Ağdam klubunda çıxış etdiyi müddətdə o, ümumilikdə 368 oyunda meydana çıxaraq 78 qol vurub.
Zubir “Qarabağ”ın heyətində 6 dəfə ölkə çempionluğu, 2 dəfə isə Azərbaycan kuboku qazanan kollektivin üzvü olub.
Beynəlxalq turnirlərdə o, klubla bir dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində, dörd dəfə UEFA Avropa Liqasının əsas mərhələsində və bir dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib.
Həmçinin Zubir UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərində, eləcə də UEFA Avropa Liqasının 1/8 final mərhələsində komandası ilə iştirakçılıq nüfuzunu göstərib.