“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” ilə keçirilən cavab matçında zədələnib.

Klubun məlumatına görə, aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı müəyyən edilib.

Müxtəlif müalicə tədbirləri nəzərə alınmaqla, onun bərpa müddətinin təxminən iki həftə çəkəcəyi proqnozlaşdırılır.

Elvin Cəfərquliyevin müalicəsi və reabilitasiyası klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.