Birjalarda şəkərin qiyməti avqustun 18-də 4% yüksələrək funt başına 0,176 dollara yüksəlib.
ICE Futures platformasının göstəricilərinə görə, bu səviyyə 2025-ci ilin mayın 22-dən bəri ən yüksək göstəricidir.
Bakı vaxtı ilə saat 18:29-a olan məlumatda oktyabr füçersinin qiymətinin 2,73% artaraq funt üçün 0,173 dollar səviyyəsində qərarlaşdığı bildirilib. Avqustun əvvəlindən etibarən şəkərin dəyəri 17,7%, son altı aya isə 26% artıb.
Avqustun əvvəlində isə şəkər xammalı üzrə oktyabr füçersi 2025-ci ilin oktyabrından bəri rekord səviyyə kimi qiymətləndirilərək funt üçün 0,165 dollara qədər qalxmışdı.
Dilerlər qiymət yüksəlişini Braziliyadan gələn xammal tədarükündə azalma və Avropada anomal isti hava şəraiti nəticəsində istehsalın zəifləməsi ilə bağlı narahatlıqlara bağlayırlar.