Birjalarda şəkərin qiyməti avqustun 18-də 4% artaraq bir funt üçün 0,176 dollar səviyyəsinə yüksəlib.
Bu göstərici 2025-ci il mayın 22-dən bəri ən yüksək hədd hesab olunur.
Bakı vaxtı ilə saat 18:29-a olan məlumata görə, oktyabr ayına olan füçers kontraktlarının qiyməti 2,73% yüksələrək bir funt üçün 0,173 dollar üzərində qərarlaşmışdı.
Ayın əvvəlindən etibarən şəkərin qiyməti 17,7% artıb, son altı ay ərzində isə artım 26% təşkil edib.
Avqustun əvvəlində oktyabr füçersləri bir funt üçün 0,165 dollara çataraq 2025-ci ilin oktyabrından bəri ən yüksək səviyyəni yeniləmişdi.
Ticarət iştirakçıları qiymət artımını Braziliyadan xammal tədarükünün azalması və Avropada anomal istilərin istehsalın azalmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlara bağlayırlar.