Sabunçu rayonunda avqustun 23-də gecə saatlarında baş vermiş ölüm hadisəsinin qətl olduğu müəyyən edilib.
Hadisə zamanı 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova ilə münaqişə zamanı bıçaqlanaraq ölüb.
Polis əməkdaşları A.Azizovanı saxlayaraq istintaqa təhvil veriblər. Faktla bağlı araşdırma davam etdirilir.