“PAŞA Sığorta” ASC-də İnsan resursları və daxili kommunikasiyalar üzrə direktor vəzifəsinə təyinat reallaşıb.
Təyinat şirkət daxilində Şəbnəm Əliyevaya həvalə edilib.
Ş. Əliyeva 2014-cü ildən etibarən PAŞA Həyat Sığorta şirkətində müxtəlif vəzifələrdə çalışıb. Bu ilin fevralından avqustuna qədər o, həmin şirkətdə İnsan resursları üzrə direktor postunu tutub.
Qeyd edək ki, PAŞA Sığorta 2006-cı ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 50 milyon manatdır və şirkətin səhmlərinin hamısı PAŞA Holdinq MMC-yə məxsusdur.