Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman‑sağlamlıq klubunda taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Dörd gün davam edəcək yarışda müxtəlif şəhər və rayonlardan gələn idman klubları və cəmiyyətlərin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar kateqoriyasında 2015–2017-ci illərdə anadan olmuş idmançılar mübarizə aparacaq. 16–21 yaş qrupunda isə 2005–2009-cu il təvəllüdlü yarışçılar qüvvələrini sınaqdan keçirəcəklər.

Turnirin proqramına əsasən, ilk iki gün uşaqların görüşləri təşkil olunacaq, son iki gündə isə 16–21 yaşlılar arasındakı qarşılaşmalar keçiriləcək.