Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bəzi işçilərinə aid aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yenidən müəyyən edilib.

Qərara əsasən, Agentliyin rəhbərliyinə aid olmayan hərbi qulluqçular üçün vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq olunub. Eyni zamanda, dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşları da yenilənmiş variantla təsdiq edilib.

Maliyyə Nazirliyinə qərarın icrası üçün tələb olunan vəsaitin ödənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Qərarın tətbiqi 2026-cı il iyunun 1-dən başlayır.