Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan Tamstore 25 avqust tarixində yubilyar — 100-cü mağazasının açılışını reallaşdıracaq.
Açılış münasibətilə şəbəkənin bütün filiallarında iki günlük aksiyaya start veriləcək: 25 və 26 avqust tarixlərində kampaniya çərçivəsində seçilmiş 100 məhsuldan birini alan müştəri həmin məhsulun ikincisini ödənişsiz əldə edəcək.
Aksiyada ət məhsulları, süd və süd məhsulları, kərə yağı, düyü, makaron, şirniyyatlar, duru yağlar, gigyenik və təmizlik vasitələri, şəxsi qulluq məhsulları və kiçik ev əşyaları daxil edilib.
Bundan əlavə, 24–30 avqust tarixlərində "Ət Festivalı" çərçivəsində dana və quzu ətlərində xüsusi endirimlər tətbiq olunacaq.
Şəbəkə 2023-cü ildən fəaliyyət göstərir və filialları Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Ağcabədi, Ağdaş, Beyləqan, Masallı, Cəlilabad, Mingəçevir, Salyan, Hacıqabul, Şamaxı, Şəki və Zaqatala şəhərlərində fəaliyyət göstərir.
Qeyd olunur ki, kampaniya çərçivəsində təklif olunan məhsullar sayca məhduddur.