Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında nəqliyyat infrastrukturunun turizmə töhfəsinin gücləndirilməsinə dair konkret addımlar nəzərdə tutulub.
Sənədə əsasən, hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud marşrutlar üzrə uçuş tezliklərinin artırılması və aviabilet qiymətlərinin daha əlçatan olması məqsədilə təşviq tədbirləri görüləcək.
Həmçinin Regional hava limanlarının potensialından daha səmərəli istifadə üçün xüsusi mexanizmlərin tətbiqi planlaşdırılır ki, bu da daxili və xarici hava əlaqələrinin inkişafına töhfə verməlidir.
Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər turizm sektorunda infrastrukturun yaxşılaşdırılması və həm yerli, həm də xarici sərnişinlərin hərəkət imkanlarının genişləndirilməsini hədəfləyir.