2008-ci ildən fəaliyyət göstərən və texnoloji ömrünü başa vuran Türksat 3A peykindən yayımların yeni nəsil peyklərə keçirilməsi prosesi tamamlanıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlama verib ki, avqustun 15-dən 16-na keçən gecə icra olunan hərəkət nəticəsində 573 televiziya və 215 radio kanalı yeni peykə köçürülüb.
Nazirin bildirdiyinə görə, təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib. Keçid əməliyyatının uğurla gerçəkləşdirildiyi vurğulanıb.
Türksat 4A peykinə qoşulmaq üçün tələb olunan yayım parametrləri belədir: peyk TÜRKSAT 4A, tezlik 12245 MHz, polarizasiya H (üfüqi), simvol tezliyi 27500, modulyasiya DVB-S2 8PSK və FEC 5/6.
Keçidin həyata keçirilməsindən sonra Azərbaycan vətəndaşları çanaq antenləri vasitəsilə Türkiyə televiziyalarının yayımında çətinliklərin olduğunu bildiriblər.