UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) ilə səfərdə keçiriləcək görüş üçün “Qarabağ” azarkeşlərinə 1500 yer ayrılıb.

Ağdam klubunun mətbuat xidmətindən bildirilib ki, matçın vauçerləri həmin gün saat 17:00-dan etibarən satışa çıxarılacaq. Vauçerləri onlayn qaydada Iticket.az portalından əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti 45 manat olaraq müəyyən edilib. Vauçerlər alındıqdan sonra rəsmi biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona yalnız bileti olan şəxslər buraxılacaq və azarkeşlərdən şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

“FC Twente Stadion”da Azərbaycan tərəfdarları üçün 325 və 326-cı sektorlara giriş təmin edilib; həmin sektorlara “Gate X” vasitəsilə daxil olmaq mümkün olacaq.

“Tvente” – “Qarabağ” görüşü avqustun 20-si Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.