Niderlandın “Tvente” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacağı “Qarabağ”la oyundan əvvəl futbolçusu Sayf Ltayeflə yollarını ayırıb.
Klubun yaydığı məlumatda 26 yaşlı yarımmüdafiəçinin Polşanın “Krakoviya” komandasına transfer olunduğu bildirilib.
Qeyd olunur ki, “Qarabağ” bu gün “Tvente”nin qonağı olaraq pley-off mərhələsinin ilk oyununda meydana çıxacaq. Matç Bakı vaxtıyla saat 22:00-da başlayacaq.
Cavab görüşü avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.