UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.
Biletləri onlayn şəkildə Iticket.az saytından əldə etmək mümkündür. Həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından da bilet alınacaq.
Müsabiqə avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.