Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilir.
Azərbaycandan izləyicilərin əsas marağı Niderlandda baş tutacaq "Tvente" — "Qarabağ" matçına yönələcək.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyunun canlı yayımlanması üçün Azərbaycanda CBC Sport telekanarı məsuliyyət daşıyır.
Cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.