Unibank kartdan-karta köçürmələrə tətbiq edilən məhdudiyyətlərdə dəyişiklik edib.
Bank açıqlayıb ki, bu qərar çərçivəsində biznes kartlarına köçürmələrə əvvəlki limitlər tətbiq olunmur. Xüsusilə, gündəlik maksimum 5 köçürmə və aylıq 20 000 manat məhdudiyyəti biznes kartlarına aid sayılmır.
Qeyd edək ki, ölkədə avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta əməliyyatlara məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalara görə, bir gün ərzində kart vasitəsilə maksimum 5 əməliyyat həyata keçirmək mümkündür; eyni qayda daxilolmalar üçün də nəzərdə tutulub, yəni kart sahibi gündə 5 dəfə köçürmə edib, eyni sayda ödəniş qəbul edə bilər.