Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən bəzi qurumlar üçün akkreditasiya məcburi hesab edilib.

Agentliyin açıqlamasına görə, texniki reqlamentlər və digər normativ-hüquqi aktlarda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan məhsul, xidmət, iş, proses və işçi heyətinin qiymətləndirilməsi ilə məşğul olan təşkilatlar akkreditasiyadan keçməlidirlər.

Eyni zamanda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq, ölçmələrin vəhdətinin təmin olunması üzrə işlər görən və ya xidmət göstərən qurumlar da akkreditasiya tələbini ödəməlidirlər.

Agentlik vurğulayıb ki, akkreditasiyası tələb olunan uyğunluğu qiymətləndirən bir qurum akkreditasiya olunmadan fəaliyyət göstərərsə, məsul şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün isə 2 000 manat məbləğində inzibati cərimə tətbiq ediləcək.