Kaliforniyada keçirilən “Sotheby’s” hərracında tam elektriklə işləyən Ferrari ilk dəfə satışa çıxarılıb və rekord qiymətə satılıb.

“Chassis 0” adı verilən avtomobilə 40 milyon dollar ödənilib ki, bu da hərracda yeni avtomobil üçün indiyədək qeydə alınan ən yüksək məbləğdir.

Dünyada tək nüsxə olan maşın Ferrari-nin “Tailor Made” proqramı çərçivəsində yaradılıb. Layihədə Apple şirkətinin keçmiş baş dizayneri Coni Ayv-ın rəhbərlik etdiyi “LoveFrom” studiyası ilə əməkdaşlıq olunub.

Dörd qapılı “Luce” modeli 1000 at gücündən artıq elektrik mühərriki ilə təchiz edilib və bu model Ferrari-nin daxiliyanma mühərriklərindən elektrikə keçidinin simvolu kimi təqdim edilir.

Kuzov xüsusi yarımat “Madreperla” rənginə boyanıb; rəng işıqlandırmanın təsirindən asılı olaraq yaşıldan bənövşəyiyə qədər dəyişir. Salon üçün İsveçrə istehsalı “Le Mans” dərisindən “Perla” çalarlı material istifadə olunub, bəzi interyer elementləri isə ilk dəfə “Grigio Corvara” tonlarında hazırlanıb.

Avtomobil üçün xüsusi təkər diskləri, əyləc supportları və optik ağ fonda yerləşdirilmiş Ferrari loqosu kimi fərqli detal və aksessuarlar da nəzərə çarpır.

Hərracdan əldə olunan vəsait The Ferrari Foundation xeyriyyə fondu vasitəsilə təhsil layihələrinə yönəldiləcək.

Alıcı avtomobili 2027-ci ilin birinci rübündə təhvil alacaq.