Bu ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 172 264,47 min ABŞ dolları dəyərində pambıq ixrac edib.

Eyni dövrdə pambıq ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% artıb.

Ölkəyə idxal olunan pambığın dəyəri isə 6 039,37 min ABŞ dolları səviyyəsində olub, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6% yüksəkdir.

Cari ilin yanvar-iyul aylarında pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,89%-ni, pambıq idxalı isə ümumi idxalın 0,06%-ni təşkil edib.