YouTube platforması avqustun 24-dən etibarən baxış sayının hesablanması qaydasında dəyişiklik tətbiq edəcək. Yeni yanaşma ilə videonun oynadılmasına başlanıldığı vaxtdan etibarən baxış dərhal qeydə alınacaq.

Bu yenilik bütün video formatlarına şamil olunacaq və platformanın rəsmi məlumatında əksini tapıb. Rəsmi açıqlamada müəlliflərin auditoriyalarını daha dəqiq başa düşmək və mövcud göstəricilərlə bağlı çaşqınlığı aradan qaldırmaq istəyi səsləndirilib.

Xidmət nümayəndələrinin bildirdiyinə görə, yeni hesablanma sistemi məzmunun monetizasiyasına təsir göstərməyəcək. Kanal sahiblərinin tamaşaçı cəlbi ilə bağlı qiymətləndirmə meyarları olduğu kimi qalır.

İndiyə qədər tətbiq edilən sxemə əsasən, baxış yalnız istifadəçi videonu fasiləsiz şəkildə ən azı 30 saniyə izlədikdə hesablanırdı. Yeni qayda ilə bu tələbin ləğvi nəzərdə tutulur və baxışlar daha sürətlə əks olunacaq.