Ekvadorun Quayakil şəhərində təşkil olunan yeniyetmələr arasında cüdo üzrə dünya çempionatının -50 kiloqram çəkidə final görüşündə Fərid Rzazadə qazaxıstanlı Adiljan Nurbekenin üzərində qələbə əldə edərək turnirin qalibi olub.

Bu nailiyyət Azərbaycan cüdo tarixində yeniyetmələr səviyyəsində əldə edilmiş beşinci dünya çempionluğudur.

Məlumata görə, Fərid Rzazadə dünya çempionu titulunu 14 yaş 325 günlük olanda qazanıb.