Azərbaycanın 15 yaşlı ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştinada təşkil olunan U-15 yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal əldə edib.

70 kq çəki kateqoriyasında çıxış edən idmançı birdən qaldırma hərəkətində 124 kq-ı başı üzərinə qaldıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni kateqoriyada təkanla qaldırma hərəkətində isə Musab 145 kq nəticə göstərərək ikinci qızıl medalı təmin edib.

Hər iki hərəkətin cəmi 269 kq olan nəticə ilə Məmmədtağıyev ümumi hesabda da birinci yeri tutaraq toplam qızıl medala sahib olub.

Yarışda ikinci yerə çıxan Hayk Movsisyanla müqayisədə Azərbaycan idmançısı 17 kq fərqi ilə üstünlük göstərib.