Milli Hidrometeorologiya Xidməti avqustun 16-sı saat 10:00-a olan faktiki hava şəraitini açıqlayıb.
Ölkənin ayrı-ayrı yerlərində fasilələrlə yağıntı davam edir. Bəzi məntəqələrdə leysan xarakterli yağışlar müşahidə olunur və şimşək aktivliyi qeydə alınır.
Düşən yağıntının miqdarı üzrə göstəricilər belədir: Astara — 40 mm (aylıq normanın 48%-i), Zaqatala — 11 mm, Quba — 9 mm, Ağstafa və Lənkəran — 7 mm, Daşkəsən və Tovuz — 5 mm, Qusar — 4 mm, Xalta — 3 mm, Lerik və Qax — 2 mm, Qrız, Altıağac, Şəki, Gədəbəy və Şəmkir — 1 mm.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qaxın Sarıbaş məntəqəsi, Daşkəsən və Gədəbəy rayonlarında duman müşahidə olunur. Dumana görə görünüş bəzən 500 metrədək məhdudlaşıb.
Bakıda və Abşeron yarımadasında şimal-qərb istiqamətində külək əsir, onun maximal sürəti 21 m/s-ə çatır. Neftçala rayonunda isə cənub-şərq küləyi maksimal 20 m/s sürətlə əsir.
Havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 30°, Naxçıvan MR-də 36°, Aran rayonlarında 34°, dağlıq ərazilərdə isə təxminən 20° təşkil edib.