Milli Hidrometeorologiya Xidməti 18 avqust tarixli hava proqnozunu açıqlayıb.
Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərbdən mülayim külək əsəcək.
Gecə havanın temperaturu 21–24° isti, gündüz isə 28–32° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu səviyyəsində proqnozlaşdırılır. Nisbi rütubət gecə 70–80%, gündüz 45–50% olacaq.
Ölkənin digər rayonlarında da əsasən yağış gözlənilmir. Lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək müşahidə olunacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq zonalarda arabir duman müşahidə edilə bilər. Şərq küləyi üstünlük təşkil edəcək.
Rayonlarda hava temperaturu gecə 20–25° isti, gündüz 31–36° isti, dağlarda isə gecə 12–17° isti, gündüz 20–25° isti olacaq.