Avqustun 20-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyinin gündüz ərzində arabir güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti məlumatına görə, dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbadə 24–25° isti, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıxda 25–26° isti olacaq.