2025-ci ildə Gürcüstana daxil olan birbaşa xarici investisiyaların həcmi 1 900,4 milyon dollar təşkil edib.

Bu məbləğ əvvəlki il ilə müqayisədə 19,3 faiz, həmin ilin ilkin göstəricisindən isə 12,5 faiz çoxdur. Ötən illərin rəqəmlərinə nəzər saldıqda, 2021-ci ildə ölkəyə 1 293,6 milyon, 2022-ci ildə 2 258,3 milyon, 2023-cü ildə 2 069,9 milyon, 2024-cü ildə isə 1 592,7 milyon dollar investisiya daxil olduğu qeyd olunub.

2025-ci ildə yatırılan investisiyaların böyük hissəsini təkrar investisiyalar təşkil edib. Ümumi 1 900,4 milyon dolların 1 567,5 milyon dolları təkrar investisiya, qalan hissəsi isə yeni investisiyalar — 686 milyon dollar olub. Təkrar investisiyaların ümumi payı 82,5 faiz səviyyəsində olub.

Ölkələr üzrə gəlirlərdə Birləşmiş Krallıq ilk sırada yer alıb — 426,6 milyon dollar. Azərbaycan 214,4 milyon dollarla ikinci, Türkiyə isə 202,4 milyon dollarla üçüncü oldu.

Sektorlar üzrə investisiya axını əsasən maliyyə və sığorta fəaliyyətinə yönəlib; bu sahəyə 633 milyon dollar yatırılıb ki, bu da ümumi investisiyaların 33,3 faizinə bərabərdir. Daşınmaz əmlaka 254,7 milyon dollar (13,4 faiz), ticarət sahəsinə isə 191 milyon dollar (10 faiz) yatırılıb.