2026-cı il avqustun 1-i vəziyyətinə ölkənin xarici dövlət borcu 4 milyard 590.8 milyon ABŞ dolları olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici dövlət borcu keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalıb.

Eyni tarixə ölkənin strateji valyuta ehtiyatları 86 milyard 814.9 milyon ABŞ dollarına çatıb ki, bu da xarici dövlət borcunu 18.9 dəfə üstələyir.