Rusiyanın Kamçatka bölgəsində 5.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Hadisə barədə məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti tərəfindən açıqlanıb.

Seysmoloqlar zəlzələnin episentrinin Petropavlovsk-Kamçatski şəhərindən təxminən 94 kilometr aralıqda olduğunu və yeraltı təkanların 44 kilometr dərinlikdə baş verdiyini bildiriblər.

İtki və dağıntı ilə bağlı hər hansı məlumat verilməyib.