2026-cı ilin yanvar-iyun aylarında Xankəndi şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1644,3 manat təşkil edib.

Eyni dövrdə Xankəndi inzibati şəhərləri arasında ən yüksək orta aylıq əməkhaqqı göstəricisi ilə öndə olub.

Hesabat dövründə Xankəndidə muzdla çalışanların sayı 1,7 min nəfər təşkil edib.

Ümumilikdə, Azərbaycanda bu dövr üçün orta aylıq nominal əməkhaqqı 1174,4 manat səviyyəsində olub. Paytaxt Bakı şəhərində isə orta aylıq əməkhaqqı 1487,3 manat göstərilib.

Qarabağ iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 751,1 manat olub. İqtisadi rayona daxil olan şəhər və rayonlarda göstəricilər belədir: Şuşa 1143,8 manat, Xocalı 1097,5 manat, Xocavənd 775,4 manat, Ağdam 754,6 manat, Füzuli 712,9 manat, Bərdə 712,7 manat, Tərtər 680,9 manat və Ağcabədi 655,8 manat.