2026-cı ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 19 milyard 179.2 milyon manat, xərcləri isə 16 milyard 775.5 milyon manat səviyyəsində qeydə alınıb.
Hesabat dövründə büdcə üzrə 2 milyard 403.7 milyon manat məbləğində profisit formalaşıb.
Gəlirlərin proqnozu 18 milyard 828.9 milyon manat göstərilsə də, faktiki icra 19 milyard 179.2 milyon manat olub; proqnoza nisbətən gəlirlər 350.3 milyon manat və ya 1.9 faiz çox yerinə yetirilib.
Formalaşan profisit ötən ilin eyni dövrü ilə müqayisədə 304.5 milyon manat və ya 11.2 faiz azdır.