2026-cı ilin birinci yarısında ölkə ərazisində 19 224 nikah və 9 776 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 3,8-ə enib. Həmin göstərici üzrə boşanmalar 2,0-dan 1,9-a azalıb.

Regionlar üzrə nikaha daxilolma səviyyəsi bəzi iqtisadi rayonlarda ölkə ortalamasından yüksək olub. Şərqi Zəngəzurda hər 1000 nəfərə 4,8 nikah düşüb, Qarabağda bu rəqəm 4,6 olub.

Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında nikahların sayı 4,0, Lənkəran-Astara rayonunda isə 3,9 olaraq qeydə alınıb. Ölkə üzrə orta göstərici 3,8-dir.