İlin əvvəlindən Azərbaycanda əhali sayı 11 099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il 1 iyul tarixinə 10 273 450 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölkə əhalisinin 54,3 faizi şəhər, 45,7 faizi isə kənd ərazilərində yaşayır.

Eyni zamanda əhalinin cins bölgüsü üzrə 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir.