Türkiyədə tanınmış sosial media istifadəçisi, 22 yaşlı Ceyda Yakova motosiklet qəzasında həyatını itirib.
Hadisə Şile şossesində baş verib. İdarəetməni itirən Yakova yıxılaraq yol nişanına çırpılıb və nəticədə ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya aparılıb. Sancaktepe Şəhid Prof. Dr. İlhan Varank Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilən Yakovanın vəziyyətinə müdaxilə edilsə də, onu xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, Ceyda bir neçə ay əvvəl də yol qəzası yaşamışdı. O, özəl universitetin psixologiya ixtisası üzrə tələbəsi idi.