“28 May” Nəqliyyat Mübadilə Mərkəzində ekspres marşrutların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə bəzi aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Dəyişikliklər aşağıdakı kimidir:

2 nömrəli marşrut "Dərnəgül" metrosu istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı. Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut "Azadlıq prospekti" metrosu istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

Sözügedən dəyişikliklər avtobusların hərəkətində nizam-intizam yaratmaq və mərkəzdəki sıxlığı azaltmaq üçün edilib.