8 Noyabr prospektində avtomobil yolunda təhlükəli hərəkətlər edən uşaqların görüntüləri yayılıb.

Kadrlarda iki yeniyetmənin nəqliyyat axını olan yolda qaçdıqları və akrobatik hərəkətlər etdikləri, bunun həm onların, həm də sürücülərin təhlükəsizliyinə risk yaratdığı əks olunub. Kadrlar sosial mediada müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, paytaxtın intensiv hərəkətli yolunda belə davranış sərgiləyən azyaşlılar polis tərəfindən müəyyən edilib. Hər iki yeniyetmə valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə çağırılaraq onlarla profilaktik iş aparılıb.

Polis validyelərə övladlarının yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini izah edib, uşaqların həyat və sağlamlığının qorunması, təhlükəli davranışlardan çəkindirilməsi və belə halların təkrarlanmaması məqsədilə maarifləndirici söhbətlər keçirildiyi bildirilib. Valideynlərə övladlarının davranışına nəzarəti artırma tövsiyəsi verilib.